Arxiv
18.12.2025 | Görüşlər
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Lənkəran REM-də ezamiyyətdə olublar

Dekabrın 18-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d. Səidə Hacıyeva və böyük elmi işçisi Şəhla Məmmədli “Azərbaycan Respublikasının Baltikyanı ölkələrlə əlaqələri” və “Azərbaycan Respublikasının Polşa Respublikası ilə əlaqələri” mövzuları üzrə tədqiqat işlərində Lənkəran şəhərinin iştirakını araşdırmaq üçün AMEA Lənkəran Regional Elmi Mərkəzində ezamiyyətdə olublar. Qonaqlar mərkəzin “Ümummilli Liderin 100 illiyi adına” kitabxana ilə tanış olub, fikir mübadiləsi aparıb, onlar üçün mərkəzin elmi bazasının materiallarından istifadə etmələri üçün lazımi şərait yaradılıb.