Mərkəzin yaranma tarixi:     AMEA Rəyasət Heyətinin 21 sentyabr 2005-ci il tarixli qərarı ilə yaradılıb.

Əsas fəaliyyət istiqamətləri: Mədəni proseslərin regional məsələləri, Azərbaycanın maddi və mənəvi mədəniyyəti.

Lənkəran Regional Elmi Mərkəzi dövlət siyasətinə uyğun olaraq, 2022-ci ilin sonlarından başlayaraq AMEA-da yeni islahatlara əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət Akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən Azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəldilmişdir.