
Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumu AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə 200 ədəd kitab hədiyyə edib.
Bu addım Prezident İlham Əliyevin müəyyən etdiyi “Bizim ailəmiz Türk dünyasıdır” dövlət siyasəti çərçivəsində AMEA-da atılan addımların məntiqi davamıdır.
Kitabların əldə edilməsində AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru dosent Mehman Əliyevin Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə apardığı danışıqlar mühüm rol oynayıb.
Həmçinin nəşrlərin ölkəmizə çatdırılmasında Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun rəhbərliyi və əməkdaşları, eləcə də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun kitabxana müdiri Sevil Zülfüqarova öz səylərini əsirgəməyiblər.
Türk Dil Qurumu tərəfindən hədiyyə olunmuş kitablar Azərbaycan-Türkiyə elmi, mədəni əlaqələrinin, eləcə də Türk Dil Qurumu ilə AMEA Lənkəran Regional Elmi Mərkəzi arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir