Əliyev Mehman Qaraxan оğlu

filologiya üzrə fəlsəfə doktoru

 

MEHMAN QARAXAN OĞLU ƏLİYEV 30 aprel 1957-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olmuşam. Orta təhsilimi doğulduğum kənddə aldıqdan sonra 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (Keçmiş APİ–nin) filologiya fakültəsinə daxil olmuşam. 1979–cu ildə təhsilimi başa vuraraq təyinatla Astara rayonu Kakalos kənd orta məktəbində ixtisasım üzrə müəllim işləməyə başlamışam.

1981-84-cü illərdə Astara rayonu Şiyəkəran kənd 1 saylı tam orta məktəbdə müəllim, 1984-87-ci illərdə direktor müavini, 1987-2001-ci illərdə müəllim işləmişəm.

22 yanvar 2001-ci ildən 10 may 2001-ci il tarixinə qədər Astara Rayon İcra Hakimiyyəti aparatının Təhsil, səhiyyə və mədəniyyət şöbəsində referent,  10 may 2001-ci ildən 2006-cı ilə qədər Şiyəkəran kənd 1 saylı tam orta məktəbində direktor, 2006-2019-cu illərdə müəllim işləmişəm.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 iyul 2013–cü il tarixli qərarı ilə “Molla Vəli Vidadinin poetik irsi” mövzusunda dissertasiya müdafiə edərək filologoya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam.

2019-cu ildən Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının baş müəllimiyəm.

02 noyabr 2020-ci ildən 16 noyabr 2023-cü ilədək AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi olmuşam.

2018-ci ildən elmlər doktorluğu proqramı üzrə Azərbaycan Dillər Universitetinin doktoranturasında təhsilini davam etdirir, “Müstəqillik dövrü Azərbaycan nəsrinin bədii-estetik özünəməxsusluğu və inkişaf istiqamətləri” mövzusunda dissertasiya üzərində işləyirəm.

“Mirzə Cəlil yanğısı” kitabım Azərbaycan Dillər Universiteti Elmi Şurasının 11 noyabr 2020-ci il tarixli (protokol №06) qərarına əsasən ali məktəblərin müəllim və tələbələri üçün dərs vəsaiti kimi təsdiq olunmuşdur.

 2005-ci ildə “Beynəlxalq sənət mükafatı”, 2007-ci ildə “Birlikdə yaşamaq sənəti və Mövlanə” Beynəlxalq müsabiqəsinin laureatı, 2011-ci ildə “Vətənpərvərlik mövzusunda ən yaxşı poema” müsabiqəsinin, 2013-cü ildə “Məmməd Araz” mükafatı, 2014-cü ildə “Vətənpərvərlik mövzusunda ən yaxşı şeir” müsabiqəsinin, 2015-ci ildə “Beynəlxalq Səməd Behrəngi Ədəbi Mükafatı”nın qalibiyəm.

2017-ci ildə “Fəxri mədəniyyət işçisi”, 2019-cu ildə “AMEA-nın fəxri fərmanı”, “İlin ədəbiyyat adamı” və “Prezident mükafatçısı” adlarına layiq görülmüşəm.

8 kitabın müəllifiyəm. Beynəlxalq “Multikulturalizm” jurnalı redaksiya heyətinin üzvüyəm. 2001-ci ildən YAP-ın üzvüyəm. 2003-2016-cı illərdə 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə məntəqə sədri olmuşdur.

Ailəliyəm. 2 övladım var.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 16 noyabr 2023-cü il tarixli əmri ilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru təyin edilmişəm.