
Lənkəranda Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunan simpozium keçiriləcək
13-15 dekabr tarixlərində Lənkəran şəhərində “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium keçiriləcək.
Tədbir Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ustadı Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunub.
Simpozium AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin təşkilatçılığı ilə baş tutacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.