Arxiv
27.09.2022 | MÜHÜM HADİSƏLƏR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Anım Günü qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Anım Günü qeyd edilir. 
Sentyabrın 27-də bu münasibətlə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində(LREM) Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin xatirinə ehtiram əlaməti olaraq tədbir keçirilib.
Tədbirdə Mərkəzin direktoru, professor Fərman Quliyev çıxış edərək şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olduğunu qeyd edib. Bildirib ki,Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib. Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Şəhidlik zirvəsinə yüksələn, bizə Zəfəri bəxş edən şəhidlərimiz heç vaxt undulmayacaq və yaddaşlardan silinməyəcək.

Daha sonra tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində həlak olmuş LREM-in əməkdaşı Məhsun Bağırzadənin barelyefinin önünə gəlib onun xatirəsini dərin hörmət və ehtiramla yad edərək, abidəsi önünə əklil qoyub, ruhuna dua oxuyublar.
Saat 12.00-da isə Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sərraf Talıbov