Arxiv
04.05.2024 | MÜHÜM HADİSƏLƏR
AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları Qarabağa səfər ediblər

       Mayın 4-də AMEA Lənkəran REM-nin bir qrup əməkdaşı – Elmi Mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev, ümumi işlər üzrə direktor müavini Namik Qasımov, 44 günlük Vətən savaşında AMEA-nın ilk şəhidi Lənkəran REM-nin əməkdaşı şəhid Mahsun Bağırzadənin atası Zahir Bağırov, Rameş Kərimov, şəhidin döyüş yoldaşları baş leytenant Elnur Talıbov, qazi Möhnət Səmədov, Sabirabad şəhidi Bəxtiyar Mayılovun atası  İxtiyar Mayılov və Zəngəzur Cəmiyyətlər Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu Qarabağa səfər ediblər. Onlar Mahsun və onun döyüş yoldaşlarının qanı ilə suvarılmış məkanları, Qubadlı rayonu Muradxanlı kəndini, daha sonra Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev və şəhid Əlisadət Ağayevin məzarını ziyarət etmiş, hərbi hissəyə baş çəkiblər.