Arxiv
29.03.2024 | MÜHÜM HADİSƏLƏR
AMEA Arxeologiya və Antrologiya İnstitutunun baş elmi işçisi, arxeoloq, tarix elmləri doktoru, professor Tufan İshaq oğlu Axundov 76 yaşında vəfat etmişdir.

Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub.

Axundov öz qazıntıları və tədqiqatları ilə digər bölgələrlə yanaşı, Muğan və Cənub bölgəsində də böyük elmi işlərə imza atıb. Arxeoloq Cəlilabad bölgəsində 2004-cü ildən 2016-cı ilə qədər çalışıb, Alxantəpə və Polutəpə abidələrini kəşf edib, tədqiqatlar aparıb, nəticə olaraq Alxantəpəyə aid 735 səhifəlik kitabı çap olunub. Onun həmçinin Polutəpə abidəsinin tədqiqatına aid elmi əsəri də çap olunaraq, yaxın vaxtlarda işıq üzü görməli idi. Bu ağır xəbərdən xeyli mütəəssir olduq. Allahdan ona rəhmət diləyir, AMEA Lənkəran REM-nin əməkdaşları adından ailəsinə dərin hüznlə başsağlığı veririk.

Onu da nəzərinizə çatdırırıq ki, Tufan Axundov XIX əsr Lənkəran ədəbi məclisinin banisi Mirzə İsmayıl Qasirin nəticəsidir

Allah rəhmət eləsin!