Arxiv
07.03.2024 | MÜHÜM HADİSƏLƏR
Lənkəran Regional Elmi Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Martın 7-də AMEA Lənkəran Regional Elmi Mərkəzində 8 Mart  Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxan oğlu Əliyev çıxışında Azərbaycan qadınlarının həyatımızın bütün sahələrində fəal iştirakından, ictimai-siyasi fəaliyyətindən danışıb, onların 44 günlük Vətən savaşında övladlarını ruh yüksəkliyi, coşqu ilə torpaqlarımızın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda haqq müharibəsinə göndərməsindən, o cümlədən Lənkəran Regional Elmi Mərkəzində çalışan xanım əməkdaşların fədakar əməyindən söhbət açıb, sonda hamını bayram münasibətilə təbrik edib, onlara xoşbəxtlik, ailə səadəti, işlərində yeni nailiyyətlər arzulayıb.

Mərkəzin əməkdaşı Nəzrin Əlizadə “Azərbaycan klassik ədəbiyyatında qadın obrazları” mövzusunda məruzə ilə çıxış edib.

Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova, əməkdaşlardan  Fəranə Mikayılova, Elnur Həsənzadə, Hasil Əsgərov, Mirəziz Bəşirov, Aydan Qurbanova və başqaları çıxış edib.

Tədbir şirniyyat stolu arxasında davam edib.