Arxiv
08.01.2024 | MÜHÜM HADİSƏLƏR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları “Coursera” sertifikatları ilə təltif olunub

Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları AMEA Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin təşəbbüsü ilə “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak ediblər.

“4Sİ Akademiyası” layihəsi İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində keçirilir. Layihənin məqsədi müxtəlif ölkələrdə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Mərkəzin Elmi katibi t.ü.f.d. Cəmil Quliyev, İnsan resursları şöbəsinin müdiri Aydan Qurbanova, Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Həsənzadə, elmi işçi Gözəl Əlizadə və aparıcı mütəxəssis Elmar Hüseynzadə “DeepLearning.AI” şirkətinin “AI for Everyone”, Con Hopkins Universitetinin “HTML, CSS, and javascript for Web Developers”, Miçiqan Universitetinin “Introduction to HTML5”, Kaliforniya Universitetinin “Grammar and Punctuation” və “Coaching Practices”, “IBM” şirkətinin “What is Data Science?”, “Microsoft” şirkətinin “Computer Vision in Microsoft Azure”, “Google” şirkətinin “Introduction to Generative AI” və “Foundations: Data, Data, Everywhere”, Vanderbilt Universitetinin “Prompt Engineering for ChatGPT”, Qualcomm Akademiyasının “5G for Everyone”, “Deep Teaching Solutions” şirkətinin “Learning How to Learn: Powerful mental tools to help you master tough subjects”, eləcə də Virciniya Universitetinin “Design Thinking for Innovation”, Boulder Kolorado Universitetinin “Successful Presentation” kurslarını müvəffəqiyyətlə başa vurduğuna görə “Coursera” platforması tərəfindən ümumilikdə 24 sertifikatla təltif olunublar.

Qeyd edək ki, “Coursera” 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursun tədris olunduğu onlayn təhsil platformasıdır. Proqram çərçivəsində tədris dili ingilis dilində olmaqla 4Sİ texnologiyaları, o cümlədən süni intellekt, maşın öyrənməsi, böyük verilənlər (Big Data), data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.