Arxiv
12.12.2023 | MÜHÜM HADİSƏLƏR
Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları Ulu Öndərin abidəsini ziyarət ediblər

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 20 il keçir. Bu münasibətlə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (REM) əməkdaşları Ulu Öndərin Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında abidəsini ziyarət ediblər. 

Azərbaycan xalqının dahi oğlu, müasir dövlətçiliyimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Lənkəran REM-in direktoru Mehman Əliyev və mərkəzin əməkdaşları dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirib, məzarı önünə gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.