Arxiv
18.04.2023 |
Professor Fərman Quliyevin əsərlərinin IV və V cildləri nəşr edilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, çayçılıq və sitrusçuluq sahəsində tanınmış alim, professor Fərman Quliyevin əsərlərinin IV və V cildləri işıq üzü görüb.

Qeyd edək ki, pro­fes­sor Fər­man Qu­li­yev keçmiş SSRİ-də, Ya­xın Şərq öl­kə­lə­rin­də kənd tə­sər­rü­fa­tı sa­hə­sin­də ta­nın­mış və apa­rı­cı alim­lər­dən biri ol­maq­la, subt­ro­pik mey­və və tex­ni­ki (çay, li­mon, na­rin­gi, qreypf­rut, kin­kan, por­ta­ğal, fey­xoa, nə­cib dəf­nə, bam­buk, ba­dam, püs­tə, in­nab, ən­cir, nar, zey­tun, ki­vi, qua­ya­va və s.), ha­be­lə müx­tə­lif dər­man bitki­lə­rinin be­cə­ril­mə­si­nin və area­lı­nın geniş­lən­di­ril­mə­si­nin el­mi əsas­la­rı­nın öy­rə­nil­mə­si ilə məş­ğul­dur.

Tanınmış alimin keçən ilin sonu və bu ilin əvvəlində çap olunan əsərlərinin IV (2015-2020-ci illər) və V (2021-2022-ci illər) cildlərinə mü­əl­li­fin son 8 il­də işıq üzü görmüş çay, sit­rus, fey­xoa, nar və di­gər subt­ro­pik və tex­ni­ki bit­ki­lə­ri­nin Azər­bay­ca­nın rütu­bət­li və qu­ru subt­ro­pik böl­gə­lə­rin­də be­cə­ril­mə­si­nin el­mi əsas­la­rı­nın öy­rə­nil­mə­si­nə həsr olunmuş məqalələri daxil edilib. Məqalələrdə  bu bit­ki­lə­rin bio­lo­ji və eko­lo­ji xüsusiy­yət­lə­ri­nin əsas­lı sü­rət­də öy­rə­nil­mə­si, eko­lo­ji amil­lə­rin və iq­lim şə­rai­ti­nin düz­gün qiy­mət­lən­di­ril­mə­si­, tor­paq­la­rın bu bit­ki­lər al­tın­da da­ha səmərə­li is­ti­fa­də­si­, spe­si­fik xüsusiy­yət­lə­rə ma­lik olan böl­gə tor­paq­la­rın­da me­lio­ra­tiv təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­, subt­ro­pik bit­ki­lər­dən da­ha yük­sək məh­sul əl­də edil­mə­si­nin el­mi istiqamətlərinin hazırlanma­sı­ və nə­ha­yət prak­ti­ki tət­bi­qi­ araşdırılır.

Professor F.Qu­li­yev böl­gə­nin aq­ro­iq­lim po­ten­sia­lın­dan sə­mə­rə­li is­ti­fa­də­sin­də subtro­pik mey­və və tex­ni­ki bit­ki­lə­ri­nin ro­lu­nu şərh et­mək­lə, on­la­rın “Əha­li­nin ər­zaq məh­sul­la­rı ilə eti­bar­lı tə­mi­na­tı­na da­ir Döv­lət Proq­ra­mı”nın, “Çay­çı­lı­ğın” və “Sit­rus meyvə­çi­li­yi­nin” in­ki­şa­fı­na da­ir Döv­lət proqram­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­sin­də mü­hüm əhəmiy­yət kəsb et­diyi­ni gös­tər­ib.

IV cildə alimin müxtəlif respublika və beynəlxalq jurnallarda nəşr edilən 25 və V cildə 30 məqaləsi daxil edilib. Hər iki cildin “Ön söz”ünün müəllifi və elmi redaktoru  AMEA-nın müxbir üzvü Maqsud Qurbanov, redaktoru Sərraf Talıbovdur.

Qeyd edək ki, tanınmış alimin əsərlərinin I cildi (1963-1983-cü illər) 2013-cü ildə, II cildi (1983-2000-ci illər) 2014-cü ildə, III cildi (2000-2014-ci illər) isə 2017-ci ildə nəşr olunub.

Ki­tab ge­niş pro­fil­li aq­ro­nom­luq ix­ti­sa­sı alan tə­lə­bə­lə­r, ma­gist­rant, dis­ser­tant, dokto­rant və bu sa­hə­də ça­lı­şan mü­tə­xəs­sis­lər üçün nə­zər­də tu­tulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.