Arxiv
10.08.2022 | GÖRÜŞLƏR
Dendrologiya İnstitutunun elmi əməkdaşları Lənkəran bölgəsində elmi ekspedisiyada olublar
  AMEA-nın Dendrologiya İnstitutunun elmi əməkdaşları biologiya üzrə fəlsəfə doktoru, Əsədov Hüseynağa, elmi işçi Babayev Mirməhəmməd Lənkəran Regional Elm Mərkəzi ilə qarşılıqlı “Müqaviləyə” əsasən Lənkəran bölgəsində elmi ekspedisiyada olublar. LREM-nin eksperimental sınaq sahəsində ən müasir cihazlardan “Plant Photosynhthesis Meter” və “SPAD-502 PLUS chlorophyllmetr”-lə 2,0-2,5ha ərazidə professor , b.e.d. Quliyev Fərman Ağadədə oğlu və mərkəzin əməkdaşları ilə bərabər eksperimental təcrübələr aparılıb.
   Prof. Quliyev F.A. tərəfindən çay bitkilərinin toxum və tinglərindən alınmış və hal-hazırda 4-5 illik olan çay kollarının 8 sortunda, limon növünün yeni alınmış 5-7 sortunda, portağal, narıngi, qyaraya növündə fotosintez prosesinin fəallıq dinamikası və bitkilərin yarpaq orqanlarında xlorofilin ümumi miqdarı surətdə təyin edilmişdir. Lənkəran Regional Elm Mərkəzinin təcrübə sahəsində bitkilərin yaş xüsusiyyətləri 5-10; 11-15 və 16-dan yuxarı olaraq seçilmişlər.
Ezamiyyət dövründə Lerik və Lənkəran müşələrində uzunömürlü, relikt və endemik ağac və kolların 34 növünün mövcud olması, bu bölgənin su və havasının kristal təmiz və saf olması əhalinin sağlam uzunömürlü olmasının təməlidir.
İnstitut əməkdaşları elmi qrumun rəhbərliyi ilə bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı çərçivəsində biomüxtəlifliyinin öyrənilməsi üzrə birgə elmi tədqiqatların aparılmasına, ərazinin torpaq iqlim şəraitinə uyğun bitki assortimentinin artırılması və nəticələrdən birgə istifadəsinə fikir mübadilələri aparıblar.