Arxiv
13.05.2022 | MÜHÜM HADİSƏLƏR
AMEA-nın aparıcı müətəxəssisləri Lənkəranda 100 yaşlı uzunömürlü ilə görüşüblər

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəv A.İ. Qarayev adına Fiziologiya İnstitutunun “Uzunömürlüyün fiziologiyası “ laboratoriyasının   aparıcı elmi işçisi, b.ü.f.d., dosent Sevinc Hüseynova və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) şöbə müdiri  Sərraf Talıbov, elmi işçi Aydan Dadaşova, tanınmış jurnalist Ağəddin Babayev Lənkəran şəhərində yaşayan 100 yaşlı uzunömürlü Kamal Kələntərliyə baş çəkiblər. Kamal Kələntərli Lənkəranın  ictimai həyatında fəal iştirak edən şəxs kimi tanınır.Uzun illər Lənkəran rayon ağsaqqallar şurasına rəhbərlik edib. Bu il iyul ayında 100 yaşını qeyd edəcək uzunömürlü günlərinin daha çox hissəsini ailəsi ilə birgə keçirir. Qeyd edək ki,  institut əməkdaşları tərəfindən artıq 7 ilə yaxındır ki, Kamal Kələntərli uzunömürlü kimi mütəmadi tədqiq olunur.

Sevinc Hüseynova qeyd edib ki, uzunömürlünün fiziki göstəriciləri yaşına görə normaldır, əllərində tremor yoxdur, yaddaşı mükəmməl, nitqi səlisdir, yaxşı eşidir, lakin pis görür. Arterial təzyiqi adətən normada olur. Hərəkətlidir. Jurnalistlərin verdiyi suallara aydın və əhatəli cavabları ilə diqqəti cəlb edirdi. AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu LREM ilə birgə K.Kələntərlinin 100 illik yubiley tədbirinin təşkil olunmasını qərara alıblar.