Arxiv
20.01.2022 | MÜHÜM HADİSƏLƏR
AMEA Lənkəran Regional Elmi Mərkəzində 20 Yanvar Hüzn gününə həsr edilmiş tədbir keçirilib

 AMEA Lənkəran Regional Elmi Mərkəzində 20 Yanvar Hüzn gününə həsr edilmiş” anım tədbiri keçirilib.

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Mərkəzin direktoru professor Fərman Quliyev Qanlı Yanvar hadisələrinin başvermə səbəblərindən, xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının əyilməz ruhundan danışıb. Qeyd edib ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.

Tədbirdə Mərkəzin əməkdaşlarından Ağamir Cavad, Gözəl Əlizadə və başqaları çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tərkibində erməni millətindən olan şəxslərin çoxluq təşkil etdiyi sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların amansızlıqla qətlə yetirildiyini qeyd ediblər.

Diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də  azadlığın müstəqilliyin şərəfli səhifəsidir.