Arxiv
17.05.2021 | NƏŞRLƏR
Sitrus bitkilərində göbələk xəstəlikləri haqqında məqalə beynəlxalq konfransda səslənib

Kazaxstanın Nursultan şəhərində keçirilən “Elm və təhsil müasir dünyada: XXI əsrin çağırışları” VIII Beynəlxalq elmi-praktik konfransı materiallarında AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyevin və Azərbaycan Bitki mühafizəsi və Texniki bitkilər  elmi-tədqiqat institutunun doktorantı Lalə Hüseynovanın həmmüəlifi olduğu “Пенициллез или зеленая плесень цитрусовых культур при

хранении в условиях южной части Азербайджана” məqaləsi də nəşr edilib.

Məqalədə sitrus bitkilərinin inkişafı dövründə göbələk xəstəliklərinə tutulması, bu xəstəliklərin növləri, inkişaf mərhələləri, sitrus meyvələrinin saxlanma şəraiti zamanı baş verən kimyəvi dəyişikliklər, həmçinin göbələk törədicilərinə qarşı mübarizə üsulları ətraflı tədqiq edilib.