Arxiv
25.05.2021 | NƏŞRLƏR
“Elm və həyat” jurnalında Azərbaycanda çayçılığın elmi əsaslar üzərində inkişafı ilə bağlı məqalə çap olunub

AMEA-nın elmi-populyar “Elm və həyat” jurnalında (№1, 2021, səh.64-71) AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyevin və Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran çay filialının direktoru, texnika üzrə fəlsəfə doktoru İltifat Kərimovun “Azərbaycanda çayçılığın elmi əsaslar üzərində inkişafı: nailiyyətlər və perspektivlər” məqaləsi çap olunub.

Elmi məqalədə çayçılığın inkişafından ötrü Azərbaycanın təbii torpaq-iqlim şəraitinin özünəməxsus xüsusiyyətləri, əsasən də Lənkəran-Astara rütubətli və Zaqatala-Balakən subtropik bölgələrində  çayçılığın intensiv inkişafı, bu bölgələrdə çayçılığın inkişafı üçün lazımi elmi-tədqiqat işlərinin aparılması, çayçılıq elminin təşkili və daha da təkmilləşdirilməsi məsələləri ətraflı şərh edilib.

Azərbaycanda çayçılığın inkişafını müxtəlif diaqramlar vasitəsi ilə təqdim edən məqalədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda irəli sürülən maddələrin əhəmiyyəti göstərilir.