Arxiv
15.03.2024 | KONFRANSLAR, İCLASLAR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Cəlil Məmmədquluzadənin 155 illiyinə həsr olunmuş elmi seminar keçirilib

Martın 15-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Cəlil Məmmədquluzadənin 155  illiyinə həsr olunmuş “Cəlil Məmmədquluzadənin       yaradıcılığı       bizim milli ideologiyanın formalaşmasına, yaranmasına və onun elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir” (Heydər Əliyev) mövzusunda elmi seminar keçirilib.

   Tədbiri giriş sözü ilə Lənkəran Regional Elmi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev açdıqdan sonra dahi mütəfəkkirin yubileyləri ilə əlaqədar imzalanmış Prezident sərəncamları ilə tədbir iştirakçılarını tanış edib, Cəlil Məmmədquluzadə yaradıcılığı haqqında geniş məlumat verib.

   Sonra Lənkəran REM-nin elmi işlər üzrə direktor müavini dos. Sevinc Hüseynova, əməkdaşlardan Nəzrin Əlizadə və Sərraf Talıbovun mövzu ətrafında çıxışları dinlənildi.

Seminarda iştirak edən Lənkəran Dövlət Universitetinin “Filologiya və ibtidai təhsil” fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının bakalavr və magistr pilləsində təhsil alan tələbələrindən Kənan Bağırzadə, Adilə Qənbərova, Sevinc Əliyeva, Aynur Mehtiyeva, Rəfiqə Cavadova, Ceyhun Hacıyev, Mehrac Əbişov və Coşqun Quliyevin sualları cavablandırıldı.

Tədbiri yekunlaşdıran Lənkəran REM-nin direktoru Mehman Əliyev Lənkəran Dövlət Universitetinin rəhbərliyinə, tələbə və müəllim heyətinə minnətdarlığını bildirdi.

Sonda tələbələrlə xatirə şəkli çəkilib.