Arxiv
18.05.2021 | NƏŞRLƏR
Sitrus bitkilərinin gübrələnməsinə dair monoqrafiya nəşr edilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin baş elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Xalıqverdi Babayevin “Sitrus bitkilərinin gübrələnməsinin elmi-praktik əsasları” monoqrafiyası “Elm” nəşriyyatında çap olunub.

3 bölmə və 8 fəsildən ibarət monoqrafiyada müəllifin uzun müddət ərzində Lənkəran-Astara subtropik bölgəsində sitrus bitkilərinin gübrələnməsinin nəzəri və praktik məsələlərinin həllinə həsr edilmiş elmi-tədqiqat işlərinin tətbiqi materialları təqdim edilib. Kitabda, həmçinin bölgənin torpaq-iqlim şəraiti, gübrələrin təsnifatı və növləri, dozalarının optimallaşdırması metodları, gübrələmə sistemi və s. həlli vacib məsələlər nəzərdən keçirilib.

Qeyd edək ki, vəsaitdən ali təhsil müəssisələrinin “Aqronomluq”, “Torpaqşünaslıq və aqrokimya” və digər ixtisaslarda təhsil alan tələbə, magistrant və doktorantları, həmçinin fermerlər istifadə edə bilərlər.