Arxiv
11.01.2021 | NƏŞRLƏR
Professor Fərman Quliyevin məqaləsi Permdə çap olunub

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, prof. Fərman Quliyevin və Bitki mühafizə və Texniki bitkilər elmi tədqiqat institutunun doktorantı Lalə Hüseynovanın həmmüəllifi olduğu «Видовый состав возбудителей болезней граната в Гянджа- Казахской географической зоне  и усовершенствование меры борьбы с основными из них» adlı məqalə nüfuzlu  «Пермский Аграрный Вестник» jurnalında (2020, № 3 (31), s.39-49) dərc edilib.

Məqalədə Azərbaycanın qərb bölgəsində becərilən nar bitkisi haqqında müfəssəl məlumat verilməklə yanaşı, bu subtropik bitkinin əsas xəstəliklərinin növ tərkibi, xəstəliklərin yayılması, xüsusən daha geniş yayılmış xəstəliklərindən və onlara qarşı mübarizə tədbirlərindən söhbət açılır.

Tədqiqatın məqsədi nar kollarının mikobiotası, ən çox yayılmış zərərli mikozları, mikozların bioloji xüsusiyyətləri,  bəzi göbələk xəstəliklərinin, o cümlədən bu xəstəliklərin yayılmasına səbəb olan ətraf mühitin əsas amillərini öyrənməklə nar xəstəliklərinin əsas patogenləri ilə mübarizə tədbirlərini hazırlayıb, tövsiyə etməkdir.