Arxiv
05.03.2021 | KONFRANSLAR, İCLASLAR
AMEA LREM-də Beynəlxalq Qadınlar Günü qeyd olunub

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən tədbirdə müəssisənin direktoru, professor Fərman Quliyev çıxış edərək qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib  ki, Azərbaycan qadınları hər zaman öz sədaqəti, zəkası, müdrikliyi ilə seçilib. Qadınlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirak edib, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində aparıcı mövqe qazanıblar.

Sonda müəssisənin bir qrup qadın əməkdaşına hədiyyələr təqdim olunub.