Arxiv
06.11.2020 | MÜHÜM HADİSƏLƏR
LREM-nin əməkdaşı torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsində igid gənclərimiz rəşadətlə vuruşur, düşmənə sarsıdıcı zərbələr endirir, lazım olanda Vətən yolunda həyatlarını belə qurban verməkdən çəkinmirlər. Belə gənclərdən biri də Lənkəran Regional Elmi Mərkəzinin işçisi Mahsun Zahir oğlu Bağırzadədir. Mahsun Bağırzadə Lənkəran rayonunun Xanbulan kəndində anadan olub, burada orta məktəbi bitirib, həqiqi hərbi xidməti də Qarabağ bölgəsində keçirmişdi. Vətən Müharibəsinin ilk günlərindən könüllü kimi cəbhəyə yollanan Mahsun pulemyotçu kimi düşmənə qan uddurub. Lakin şiddətli döyüşlərin birində qəhrəman eloğlumuz namərd erməni gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib.

Professor Fərman Quliyev başda olmaqla biz AMEA Lənkəran REM-nin kollektivi olaraq Mahsun Bağırzadənin ailəsinə başsağlığı verir, ruhu cənnətlik olsun, deyirik.

Allah rəhmət eləsin!