
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində ( REM) elmi-tədqiqat işlərində akademiyanın digər qurumları ilə birgə fəaliyyətə xüsusi diqqət yetirilir. Belə ki, mərkəz AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Botanika, Molekulyar Biologiya və Biotexnolgiyalar, Mikrobiologiya, habelə digər institutları ilə daha sıx əməkdaşlıq edir. Bu günlərdə Molekulyar Biologiya və Biotexnolgiyalar institutunun fotobioenerqetika laboratoriyasının müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev, Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva, gənc əməkdaşları Aytac Əliməmmədova, və Yaqut Yusifova Lənkəran REM-də olub, mərkəzin təcrübə sahəsində aparılan elmi-tədqiqat işləri ilə yaxından maraqlanıblar .
Lənkəran REM-nin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev ekspedisiya üzvlərinə mərkəzin apardığı elmi-tədqiqat işləri, əldə edilən nəticələr barədə ətraflı məlumat verib. Sonra ekspedisiya üzvləri çay və sitrus bitkilərində mikoloji müşahidələr aparıb, ilkin nəticələrə əsasən öz məsləhətlərini veriblər. Həmçinin Botanika institutunun Mikoloji laboratoriyasında kameralr analizlər aparmaq üçün nümunələr götürülüb.