Arxiv
16.09.2020 | MÜHÜM HADİSƏLƏR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində elmi-tədqiqat işləri genişləndirilir

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (REM) son illər 4 yeni çay sortu yaradılaraq rayonlaşdırılıb, 1 limon və 1 naringi sortu sınaqlar üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim edilib. Ölkəmiz üçün yeni bir meyvənin - tropik-subtropik quayavanın rayonlaşdırılması istiqamətində tədqiqatlar davam etdirilir.

Burada yeni çay və sitrus sortlarından ibarət plantasiya, bitkilərin çiling üsulu ilə artırılması üçün yaradılan dumanyaradıcı qurğu, yeni çay sortlarından ibarət anaclıq çay sahəsi, tropik alması adlandırılan quayava bitkisinin artırılması üçün hərtərəfli tədbirlər görülür.

AMEA-nın akademik-katibi Əminağa Sadıqov Lənkəran REM-nin təcrübə sahəsində olarkən professor Fərman Quliyevin rəhbərliyi ilə Lənkəran Regional Elmi Mərkəzində qısa zaman ərzində yeni çay və sitrus meyvə sortlarının yaradılması və istehsalata tətbiqi sahəsində aparılan elmi-tədqiqat və təcrübə-sınaq işlərinin təqdirəlayiq hal olduğunu, bu işlərin ölkəmizdə çayçılığın və sitrus meyvəçiliyinin inkişafına dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramlarının yerinə yetirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

O, AMEA Rəyasət Heyətinin və AMEA-nın Biologiya və Tibb elmləri Bölməsinin Lənkəran Regional Elmi Mərkəzində aparılan elmi-tədqiqat işlərinə böyük önəm verdiklərini vurğulayaraq, bundan sonra da AMEA rəhbərliyi tərəfindən bu işlərin həyata keçirilməsi üçün Mərkəzə hərtərəfli dəstək veriləcəyini bildirib.

Lənkəran REM-nin təcrübə sahəsindən görüntüləri sizə təqdim edirik.