Arxiv
06.08.2020 | MÜHÜM HADİSƏLƏR
“MİR24” telekanalı Lənkəran Regional Elmi Mərkəzindən veriliş hazırlayıb

“MİR24” telekanalı AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin təcrübə sahəsindən geniş veriliş hazırlayıb.

Kanalın əməkdaşı Kamran Hüseynovun hazırladığı verilişdə  Azərbaycanda ekzotik meyvə olan quayavanın yetişdirilməsi, bitki üzərində aparılan elmi-tədqiqat işləri haqda danışılıb. Bildirilib ki, "tropiklərin alması" adlandırılan bu meyvə  indiyə qədər ölkənin yalnız bir bölgəsində - Lənkəran-Astara bölgəsində yetişdirilir. Demək olar ki, bütün həyatını çay və sitrus bitkilərinin öyrənilməsinə həsr edən professor Fərman Quliyev bitki üzərində aparılan araşdırma barədə ətraflı məlumat verib. Alim onu 2003-cü ildə İrandan gətirdiyini qeyd edib. Professorun apardığı elmi-tədqiqat işləri Lənkəran-Astara bölgəsindəki aqroiqlim şəraitinin bu tropik-subtropik meyvənin yetişdirilməsinin mümkünlüyünü üzə çıxarıb: “Quayavanın vətəni Meksika, Peru adlandırıla bilər. Oradan başqa ölkələrə - Hindistana və digər Asiya ölkələrinə nəql edilib. Bu bitki isti havanı sevir. Lənkəranda da subtropik iqlim var. Yerli torpaq guayava növlərindən birini - adi guayava və ya Psidium üçün əlverişlidir ”-deyə Lənkəran Regional Elmi Mərkəzinin direktoru Fərman Quliyev bildirib.

Bitkinin yaxşı inkişafı üçün ideal temperatur 18-25 dərəcədir. Meyvələr əkildikdən iki-üç il sonra meyvə verir, sentyabr ayından yığılmağa başlanır. Bir hektardan 50 tona qədər məhsul götürmək olar. “Bitki mənfi 5 dərəcəyə qədər şaxtaya dözə bilər. Ancaq son 10 ildir ki, bölgəmizdə qış isti keçir. Rütubəti çox sevir, buna görə yağışlar da ona zərər vermir. Yeri gəlmişkən, iqlim vəziyyəti bitkinin hündürlüyünə də təsir göstərir. Vətənində bitkinin hündürlüyü 20 metrə çata bilər. Ancaq bizim şəraitdə o, ən yüksək halda altı metrədək böyüyə bilər "-deyə Fərman Quliyev izah edib. Yerli iqlim quayavanın həm çöldə, həm də ev şəraitində yetişməsinə imkan verir. Torpaqdakı suyun səviyyəsi bitki üçün vacibdir. Lənkəran-Astara bölgəsində yaz və yay ayları quru keçdiyindən, bu zaman daha tez-tez suvarmaq lazımdır.“Bu dövrdə quayavanı bolluca sulayırıq. Ona çox miqdarda nəm lazımdır, amma torpaqda izafi nəm yığılmamalıdır.” - deyə Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Elnarə Şahmarova bitkiyə qulluq barədə ətraflı danışıb. Mərkəz işçiləri bitkinin böyüməsini və inkişafını izləyirlər. Müşahidənin nəticələri jurnalda qeyd olunur. Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Aqil Həsənov bu barədə məlumat verib: “Mən fenoloji müşahidə aparıram. Yəni bitki üzərində qönçələr, yarpaqlar, meyvələr görünəndə qeydlər edirəm. Bu, meyvənin yığımının nə vaxt olacağını müəyyənləşdirir. Quayava ildə iki-üç dəfə məhsul verir."

Burada meyvə üzərində aparılan elmi - tədqiqatlara əsasən müəyyən edilib ki, Lənkəran-Astara bölgəsi ilə yanaşı, Azərbaycanın digər bölgələrində - Şirvan və Abşeronda da quayava ишелшыш yetişdirilə bilər.

Lənkəran Regional Elm Mərkəzinin alimləri bu tropik meyvənin digər növlərini yetişdirmək üçün ölkənin iqlim şəraitini öyrənməyə davam etdirirlər. 

Bu bitki barədə  məlumat almaq istəyənlər Lənkəran Regional Elmi Mərkəzinə müraciət edə bilərlər .

Sərraf Talıbov,

AMEA Lənkəran REM-nin əməkdaşı