Arxiv
04.08.2020 | MÜHÜM HADİSƏLƏR
Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Ukraynanın Xerson Dövlət Aqrar Universitetinin “İqlim dəyişikliklərinin yer ərazilərinin məkan inkişafına təsiri: nəticələri və həlli yolları” mövzusunda keçirdiyi III beynəlxalq elmi-praktiki konfransda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları da iştirak ediblər.

Onlayn beynəlxalq konfransda Lənkəran Regional Elmi Mərkəzin direktoru, professor Fərman Quliyevin və mərkəzin baş elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Xalıqverdi Babayevin məqalələri təqdim olunub.

Professor Fərman Quliyev məqaləsində Azərbaycanda şabalıdı torpaqlarda yetişdirilən narın əsas xəstəliklərindən Xalıqverdi Babayev isə Lənkəran rayonunun yamacvari torpaqlarının eroziyadan qorunması tədbirlərindən bəhs edib.

Qeyd edək ki, beynəlxalq konfransın keçirilməsində məqsəd ekologiya ilə bağlı aktual problemlərin həlli yollarını müzakirə etmək, iqlim dəyişikliyinin yer ərazilərinin məkan inkişafına istiqamətini müəyyənləşdirmək, müxtəlif ölkələrin alimləri arasında əlaqələr qurmaq və tədqiqat nəticələrini dərc etdirməkdir.